top of page

Dəri Xəstəlikləri

Yazarın fotoğrafı: RestabylRestabyl

Dəri orqanizmdəki bir çox xəstəliklərin əlamətlərini özündə əks etdirən orqandır. Bu səbəbdən də, xəstəliklərin diaqnostikası zamanı obyektiv müayinənin əsas mərhələsindən biri də dərinin müayinəsidir.

Dəri xəstəliyi genetik, ətraf mühit faktorları, infeksiyalar və stress kimi müxtəlif səbəblərdən yarana bilər.




Bu xəstəlik insanda ciddi narahatlıq yaradır. Onlar yalnız estetik görünüşü pozmur, həm də qaşınma və ya yanma kimi xoşagəlməz hisslərlə müşayiət olunur. Xəstəliyin tərifi yalnız təhrikedici amillərlə deyil, həm də yaşla əlaqəlindirilir. Məsələn:

-Uşaqlarda bu hal özünü ekzama kimi göstərir.

- Yetkinlik dövründə, bədəndəki hormonal dəyişikliklər səbəbiylə, sızanaqlar tez-tez üzə çıxır.

- Yaşlılarda isə dəri quruluğu ümumi şikayətdir.

Dəri xəstəliyinin bəzi növləri xroniki, bəziləri isə yoluxucu və ya ölümcül olur. Bu xəstəliyin yüzdən çox növü var. Bunlara:

-Vitiliqo

-Herpes

-Dermatit

-Ixtiyoz

-Ürtiker

-Melanoma və s. daxildir.

Ən təhlükəli dəri xəstəliyi melanomadır. Melanoma insan dərisində yaranan bədxassəli şişlərin ən aqressiv formalarından biridir, sürətli böyümə və metastaz üçün yüksək potensiala malikdir. Melenomanın əlamətlərinə, dəridə daha əvvəl və ya yeni yaranmış xalın görünüşündə, rəngində və həcmində dəyişiklik, qanama və ya qaşıntı olması daxildir. Dəri xəstəliklərinin yoluxucu növləri də vardır bunlara:

-Qotur

- Su çiçəyi

-Qızılca

-Piadermialar

-Bakterial xəstəliklər daxildir.

Yoluxucu dəri xəstəliyindən qorunmaq üçün, xəstəliyi olan insanlarla təmasda olmamaq və gigiyenik qaydalara əməl etmək lazımdır.



Dəridə yaranan, müəyyən dəyişikliklər yalnız dəri xəstəliyi deyil, daxili orqanlarda, xüsusi ilə qaraciyərdə baş verən pozuntularla da əlaqələndirilir. Buna xüsusi diqqət yetirilməlidir. Buna görə də dəridə olan xəstəlikləri tək dəri həkimi ilə deyil (Dermatoloq), daxili orqan xəstəlikləri ilə (Terapevt) məşğul olan həkimlə dəqiqləşdirməlisiniz.

 
 
 

Comments


  • Facebook
  • Instagram
  • LinkedIn

©2023, Restabyl. Restabyl İç Rahat Yat

Saytda dərc edilən bütün məlumatlar müəllif hüquqları ilə qorunur.  

Hər hansı məqalədən istifadə zamanı Restabyl.com adresinə hiperlink-lə istinad etməniz vacibdir.

bottom of page